
BAKI, 22 mart. TELEQRAF
“Sumqayıt” klubunun futbolçusu Ronaldo Vaskezin çıxış etdiyi Dominikan Respublikası millisi Puerto Riko ilə yoldaşlıq oyunu keçirib.
Teleqraf xəbər verir ki, qarşılaşmaya ehtiyyatda başlayan 26 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub və 1 qol vurmağa müvəffəq olub. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar martın 26-da da üz-üzə gələcək.