BAKI. 22 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Ağcabədinin “Hindarx” klubunun U-13 və U-14 komandalarını müvafiq Liqalardan kənarlaşdırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 2024/2025 mövsümündə komandaların heyətində lisenziyası saxtalaşdırılmış futbolçuların çıxış etməsidir.

Onların oynadıqları bütün qarşılaşmalarda "Hindarx"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdıqlarına görə “Hindarx”ın rəsmisi Quliyev Samiq Rafiq oğlu 6 ay müddətinə, Ağcabədinin digər təmsilçisi “Olimpiya”nın rəsmisi Əliyev Orxan Mehman oğlu isə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.