
SUMQAYIT, 21 mart. TELEQRAF
"Azərbaycan millisi yaxşı komandadır".
Teleqraf xəbər verir ki, bunu Haiti milli komandasının futbolçusu Fratsdi Pyero Azərbaycan yığması ilə yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
Pyero Azərbaycanla matçda qələbə qazanmaq istədiklərini bildirib: "Bilirik ki, çətin olacaq, çünki rəqib yaxşı komandadır. Qarşıdan gələn DÇ-2026-nın seçmə mərhələsi və yayda keçiriləcək "Gold Cup" öncəsi vəziyyətimizi dəyərləndirmək üçün yaxşı sınaqdır".
30 yaşlı hücumçu ölkələr arasında olan məsafənin problem olmadığı vurğulayıb: “Özüm və komanda yoldaşlarımın bir çoxu Avropada çıxış etdiyimiz üçün uzun məsafəli uçuçlara öyrəşmişik. Bu, bizim üçün problem deyil".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti matçı saat 21:45-də başlanacaq.