BAKI, 21 mart. TELEQRAF

“Fernandu Santuşun göstərişlərini yerinə yetirməyə çalışacağıq”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə Haiti ilə yoxlama oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi rəqibin yaxşı oyunçulara malik olduğunu bildirib: “Haiti millisi bizə o qədər də tanış deyil, amma oyunlarını izləmişik. Yaxşı oyunçilara malikdilər. Bizi maraqlı görüş gözləyir.

O, qələbə qazanmaq istədiklərini açıqlayıb: “Millidə ab-hava yaxşıdır. Fernandu Santuşun göstərişlərini yerinə yetirməyə çalışacağıq. Komanda olaraq qələbə qazanmaq istəyirik”.

Bəhlul Mustafazadə milliyə yeni dəvət olunan futbolçulara kömək etdiklərini vurğulayıb: “Yeni gələnlər çox həvəslidirlər, millinin formasını geyinmək istəyirlər. Təcrübəli fubolçular onlara adaptasiyada köməklik göstərirlər”