
BAKI, 21 mart. TELEQRAF
Argentina milli komandasının futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunu tərk edə bilər.
Teleqraf "TNS Sports"a istinadən xəbər verir ki, 38 yaşlı hücumçunun qaytarılmasına İspaniya "Barselona"sı çalışır.
Kataloniya təmsilçisi 2026/2027 mövsümündən öncə Messinin dönüşünə çalışır.
Lakin onun qayıdışı klubun ağır maliyyə durumu ilə əlaqədar çətinləşə bilər.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə 2023-cü ilin yayında keçib. Onun klubla müqaviləsi 2025-ci ilin sonunadəkdir.