BAKI, 21 mart. TELEQRAF

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start veriləcək.

Teleqraf-ın məlumatına görə, ilk oyun günündə G, H və K qruplarında 6 oyun keçiriləcək.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.

DÇ-2026

Avropa zonası üzrə seçmə mərhələ

21 mart

G qrupu

23:45 Polşa - Litva

23:45 Malta - Finlandiya

H qrupu

21:00. Kipr - San Marino

23:45. Rumıniya - Bosniya və Herseqovina

K qrupu

23:45. İngiltərə - Albaniya

23:45. Andorra - Latviya.