TBİLİSİ, 20 mart. TELEQRAF

Gürcüstan və Ermənistanın futbol üzrə milli yığmaları arasında İrəvanda keçirilən oyun başa çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstan 3:0 hesabı ilə Ermənistan millisini məğlub edib.

İkinci hissədə üçüncü qolun müəllifi Giorgi Mikautadze olub.

Qeyd edək ki, cavab görüşü martın 23-də Tbilisidə keçiriləcək. Gürcüstan millisi rəqibini “Dinamo Arena”da qəbul edəcək.

22:01

UEFA Millətlər Liqasının pley-off mərhələsində İrəvanda keçirilən Ermənistan-Gürcüstan matçının birinci hissəsi başa çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hissə 2:0 hesabı ilə Gürcüstanın xeyrinə yekunlaşıb.

İlk qolu oyunun 33-cü dəqiqəsində Giorgi Koçoraşvili, ikinci qolu isə 37-ci dəqiqədə Giorgi Mikautadze vurub.