BAKI, 21 aprel. TELEQRAF
AFFA İntizam Komitəsi cəzaları açıqlayıb.
Teleqraf xəbər verir ki, qərarlar Komitənin bu gün baş tutan iclasında verilib.
17 aprel 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununda "Zirə" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Zirə" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
Oyununun 90+6-cı dəqiqəsində "Zirə" komandasının məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Zirə" komandası 2000 manat cərimə edilsin (maddə 47.2);
Görüş bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Zirə" komandası 3000 manat cərimə edilsin. Dəymiş zərər "Zirə" komandası tərəfindən qarşılansın (maddə 86.3);
"Neftçi" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
Oyunun 90+8-ci dəqiqəsində "Neftçi" komandasının baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 51.1, 11.3);
Qarşılaşma bitdikdən sonra "Neftçi" komandasının məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 51.1, 11.3);
Oyununun 90+5-ci dəqiqəsində "Neftçi" komandasının 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 3000 manat cərimə edilsin (maddə 45.1, 11.3);
"Neftçi" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
"Neftçi" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə "Neftçi" komandası 4500 manat cərimə edilsin (maddə 86.3)