BAKI, 21 aprel. TELEQRAF
İtaliya A Seriyası klublarından "İnter"də çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu gələcəyi ilə bağlı qərar verib.
Teleqraf "La Gazzetta Dello Sport" qəzetinə istinadla xəbər verir ki, təcrübəli futbolçu daha bir il İtaliya təmsilçisinin heyətində qalmaq istəyir.
Komandanın baş məşqçisi Kristian Çivu da təcrübəli yarımmüdafiəçini gələn mövsüm heyətdə görmək istəyir. Çivunun yeni strukturunda gənc oyunçulara diqqət yetirmək planı olsa da, Çalhanoğlunun bu strukturda istisna ola biləcəyi bildirilib.
Məlumatda tərəflər arasında müqavilənin uzadılması ehtimalının olduğu, lakin razılığa gəlinməsə, mövcud müqavilə ilə davam edəcəkləri qeyd edilib. Bu halda Çalhanoğlunun 2027-ci ilin yayında komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən İtaliya nəhəngində çıxış edir.