BAKI, 21 aprel. TELEQRAF

Türkiyənin I Liqasına vəsiqə qazanan “Bursaspor”un 2026/2027 mövsümü üçün satışa çıxardığı 39 min mövsümlük biletlər qısa müddətdə tükənib.

Teleqraf xəbər verir ki, bu barədə “yaşıl-ağlar”ın mətbuat xidməti məlumat yayıb.

Belədə, “Bursaspor”un qarşıdakı mövsümdə matçları anşlaq şəraitində keçəcək.“Bursaspor” bu uğuru ilə Türkiyədə Superliqa, I Liqa, II və III Liqada çempionluq yaşayan ilk klub kimi tarixə düşüb.