BAKI, 21 aprel. TELEQRAF
İtaliyanın “Milan”klubunun futbolçusu Luka Modriç 2025-ci il Xorvatiyada ilin ən yaxşı futbolçusu seçilib.
Teleqraf xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi mükafatı ötən həftə Xorvatiya Futbol İttifaqı (HNS) tərəfindən alıb.
Modriç bu mükafata karyerasında 14-cü, ardıcıl isə 10-cu dəfə layiq görülüb.
Xatırladaq ki, Luka Modriç ötən yay azad agent kimi “Milan”a keçib. O, bundan əvvəl 13 mövsüm çıxış etdiyi “Real Madrid”də 27 titul qazanıb: 4 dəfə İspaniya çempionu olub, 6 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb, həmçinin 3 İspaniya Kuboku, 4 İspaniya Superkuboku, 5 UEFA Superkuboku, 6 Klublararası Dünya Çempionatı və 1 Qitələrarası kuboku əldə edib.
Modriç 2018-ci ildə “Qızıl top” mükafatına da layiq görülüb.