BAKI, 21 aprel. TELEQRAF

“Barselona”nın hücumçusu Lamin Yamal “İnter Mayami”nin kapitanı Lionel Messini özünə örnək hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, 19 yaşlı oyunçu bu barədə "Laureus World Sports Awards"a açıqlama verib.

“Messi bütün zamanların ən yaxşı futbolçusudur. Əgər o, bütün zamanların ən yaxşı idmançısı deyilsə belə, mütləq ən yaxşılar arasında yer alır. Hamı onun qazandıqlarına görə ona hörmət edir. Ümid edirəm ki, mən də onun yolunu davam etdirə bilərəm”, - deyə Yamal bildirib.