BAKI, 21 aprel. TELEQRAF
AFFA İntizam Komitəsi "Zirə"ni 3000 manat cərimələyib.
Teleqraf xəbər verir ki, buna səbəb Premyer Liqanın XXVIII turun “Neftçi” oyun bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulmasıdır.
Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” komandası 3000 manat cərimə edilib. Dəymiş zərər isə “Zirə” komandası tərəfindən qarşılanacaq.
Qeyd edək ki, ötən gün Teleqraf qarşılaşmanın yan xətt hakimi Namiq Hüseynova məxsus avtomobilə stadion ərazisində naməlum şəxslər tərəfindən ziyan vurulduğuna dair xəbər yaymışdı.