BAKI, 21 aprel. TELEQRAF
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.