BAKI, 21 aprel. TELEQRAF
London təmsilçisi "Tottenhem"ə məxsus argentinalı mərkəz müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.
Teleqraf xəbər verir ki, "Atletiko Madrid" 27 yaşlı futbolçunun transferində maraqlıdır. Klub yay transfer pəncərəsində rəsmi addım atmağa hazırlaşır.
Hazırda Romeronun transfer dəyərinin təxminən 50 milyon avro olduğu bildirilir. Müdafiəçinin London klubu ilə müqaviləsi isə 2029-cu ilin iyun ayının sonuna qədərdir.
Argentinalı futbolçu cari İngiltərə Premyer Liqası mövsümündə “Tottenhem” forması ilə 23 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.