BAKI, 22 aprel. TELEQRAF
Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu yaxın gələcəkdə karyerasında unikal hadisə yaşaya bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, portuqaliyalı ulduzun oğlu Kriştianu Junior atasının çıxış etdiyi "Əl‑Nəssr" klubunun əsas komandasına cəlb oluna bilər.
Juniorun mövsümün sonunda əsas komanda ilə məşqlərə qoşulması və gələcək perspektivinin qiymətləndirilməsi planlaşdırılır.
Qərar müsbət olarsa, ata və oğul peşəkar səviyyədə ilk dəfə eyni komandanın formasını geyinə bilər. Bu isə futbol tarixində nadir rast gəlinən hadisələrdən biri hesab olunur.
Kriştianu Ronaldu daha əvvəl verdiyi müsahibələrdə oğlu ilə eyni meydanda oynamağın onun şəxsi arzularından biri olduğunu demişdi.