
BAKI, 20 mart. TELEQRAF
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
Teleqraf xəbər verir ki, portuqaliyalı mütəxəssis bayram stolu arxasında oturaraq, videomüraciət edib. O, azərbaycanca "Novtuz bayramınız mübarək" deyib.
Qeyd edək ki, Azərbaycan yığma komandası martın 22-də Haiti, martın 25-də isə Belarusla yoxlama oyunu keçirəcək.