BAKI, 20 mart. TELEQRAF

İtaliya “İnter"inin futbolçusu Lautaro Martines zədə səbəbindən Argentina millisinin düşərgəsindən ayrılıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu əzələsində narahatlıq hiss edib.

Martines DÇ-2026-nın seçmə mərhələsində Braziliya və Uruqvaya qarşı oyunlarda iştirak etməyəcək.

Qeyd edək ki, daha əvvəl Argentina yığma komandasının ulduz futbolçuları Lionel Messi və Paulo Dibala zədə səbəbindən milliyə dəvət olunmayıblar.