BAKI, 20 mart. TELEQRAF

Portuqaliya “Sportinq”inin iki futbolçusu İngitərənin "Çelsi" klubuna transfer olunub.

Teleqraf Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” Jeovani Kenda və Dariu Esuqu üçün ümumilikdə 74 milyon avro ödəyib.

52,14 milyon avroya transfer olunan 17 yaşlı portuqaliyalı cinah yarımmüdafiəçisi Kenda “Sportinq”in yetirməsidir. O, cari mövsümdən əsas komandada çıxış edir.

22,27 milyon avroya alınan Esuqu isə hazırda icarə əsasında İspaniyanın "Las Palmas" klubundadır. O, bu yay, Kenda isə 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.

Qeyd edək ki, Dariu Esuqu bu mövsüm “Las Palmas”da 19 oyun keçirib və 1 qol vurub. Jeovani Kenda isə 44 matçda i2 qol və 8 məhsuldar ötürmə müəllifi olub.