
BAKI, 19 mart. TELEQRAF
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.
Teleqraf xəbər verir ki. B Liqasının 6-cı qrupunda yer alan milli Albaniya yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 47-ci dəqiqədə Tunar Rzayev vurub.
Qeyd edək ki, U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.