
BAKI, 19 mart. TELEQRAF
AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin ingiltərəli hücumçu ilə bağlı çıxardığı 2 oyunluq cəza və 1500 manat cərimə qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bassalu Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.