BAKI, 19 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən iki klubu cəzalandırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Turan Tovuz-2" və "Araz-Naxçıvan-2"dir.

XXVII turun “Turan Tovuz-2” – “Sumqayıt-2” və "Araz-Naxçıvan-2" - "Şamaxı" oyunlarında meydan sahibləri topdaşıyanların say limitinin pozulduğuna görə 80 manat cərimə edilib.

Qeyd edək ki, AFFA Əsasnaməsinə görə, oyun zamanı yaşı 12-dən aşağı olmayan 8 nəfər topdaşıyan olmalıdır.