BAKI. 19 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən iki klubu cəzalandırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Qarabağ" və "Sabah"dır.

XXVII turun “Kəpəz”lə səfər matçı bitdikdən sonra Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitədən yararlanıblar. Bu səbəbdən, “Qarabağ” 1 500 manat cərimə edilib.

“Sabah” isə “Zirə” ilə ev oyununda əsasnamənin tələbləri pozulduğu üçün 500 manat ziyana düşüb.

Xatırladaq ki, "Qarabağ" "Kəpəz"lə 0:0, "Sabah" "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.