
BAKI, 19 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldunun fiziki hazırlığını qoruyub saxlamasına kömək edən yemək məlum olub.
Teleqraf “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı forvard “Bacalhau-a-Brás” adlı yemək yeyərək, formasını saxlayır.
Bu, duzlu cod, soğan, nazik dilimlənmiş kartof və pişmiş yumurtadan ibarət ənənəvi Portuqaliya yeməyidir.
Qeyd edək ki, ulduz futbolçu cari mövsümdə bütün turnirlərdə 33 matçda iştirak edib və 28 qol vurub.