
BAKI, 17 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu vəzifə Elvin Məmmədova həvalə olunub.
Təyinat bu gün rəsmiləşəcək.
Qeyd edək ki, Elvin Məmmədov ötən gün istefaya göndərilmiş Cavid Hüseynovu əvəzləyib. Məmmədov 2024-cü il noyabrın 3-də Şahin Diniyev istefa verdikdən sonra da bir müddət "Səbail"də müvəqqəti baş məşqçi olub. Ötən il noyabrın 12-də isə Cavid Hüseynov bu vəzifəyə təyin edilib.