
BAKI, 15 mart. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli “Boluspor” komandasının heyətindəTürkiyə I liqasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin komandası XXIX turda “Ümraniyespor”un qonağı olub.
Görüş meydan sahibi komandanın qələbəsi ilə başa çatıb - 1:0.
İsgəndərli meydana 88-ci dəqiqədə daxil olub. O, 90+6-cı dəqiqədə sarı vərəqə alıb.
Bu nəticədən sonra “Ümraniyespor” xallarını 44-ə çatdıraraq "Boluspor"a çatıb. Komandalar 6-7-ci pillələri bölüşdürürlər.
Qeyd edək ki, Vüsal İsgəndərli Azərbaycan millisinin martın 22-də evdə Haiti, martın 25-də Belarusla keçirəcəyi yoldaşlıq görüşlərinə dəvət almayıb.