BAKI. 15 mart. TELEQRAF

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Teleqraf xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan milli Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolları Xanım Əsədova (dəq. 13; 74) və Ayşən Salamzadə (dəq. 90+3) vurub.

Qrupun digər oyununda Lüksemburq Maltanı darmadağın edib - 5:0.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu martın 18-də Maltaya qarşı keçirəcək. Oyun saat 13:00-da başlanacaq.