BAKI. 15 mart. TELEQRAF

“Neftçi” komandası Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”ə qarşı səfər oyununa 5 futbolçu itkisi ilə çıxacaq.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, müdafiəçi Höccət Haqverdi cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq.

Emin Mahmudov, Azər Əliyev, Andrey Ştoqrin və Robert Bauer isə zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, martın 16-da "ASCO Arena"da keçiriləcək oyun saat 16:00-da başlanacaq.