
BAKI, 15 mart. TELEQRAF
“Santos”un 33 yaşlı hücumçusu Neymar Braziliya yığmasının heyətindən kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu qərarı millinin həkimlər heyəti verib.
Neymar özü də yığmanın heyətindən çıxarılmasına münasibət bildirib: “Yığmaya dönmək istəyirəm. Risk etməmək və zədədən tamamilə qurtulmaq üçün daha yaxşı hazırlaşmağa qərar verdik. Bu prosesin bir hissəsidir”.
Qeyd edək ki, Brazliya yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 21-də Kolumbiyanı qəbul edəcək, 5 gün sonra isə Argentinanın qonağı olacaq.