
BAKI, 15 mart. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək. Oyunda ədaləti baş hakim Fərid Hacıyev qoruyacaq.
“Qarabağ” Gəncə təmsilçisinə 34 oyundur uduzmur. Son 5 matçda “köhlən atlar” qalib gəlib ki, bunlardan 3-də böyükhesablı nəticə qeydə alınıb.
Günün digər qarşılaşmasında “Sabah" "Zirə"ni qonaq edəcək.
Saat 19:30-da başlayacaq qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.
“Qartallar” “Sabah”la son 3 görüşdə qol vurub. Masazır təmsilçisi son 3 ev matçında quru hesabla uduzub.
Tura sabah keçiriləcək “Səbail” - “Neftçi” və “Turan Tovuz” - “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
26 oyundan sonra "Qarabağ" 63 xalla 1-ci, "Zirə" 51 xalla 2-ci, "Sabah" 34 xalla 5-ci, "Kəpəz" 22 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan” evdə “Şamaxı” ilə heç-heçə edib - 1:1.
Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart
17:00. "Kəpəz" – "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu
19:30. "Sabah" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayılov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bank Respublika Arena”.