BAKI, 15 mart. TELEQRAF

Türkiyənin 1-ci liqasında çıxış edən “Amedspor” klubunun fransalı futbolçusu Yohan Kassubi saxlanılıb.

Teleqraf haber7.com saytına istinadən xəbər verir ki, Diyarbəkirdə 25 yaşlı oyunçunun idarə etdiyi avtomobil motosikllə toqquşub.

Hadisə zamanı motosiklin sürücüsü ağır xəsarət alıb.

Futbolçu Türkiyəni tərk etməmək şərti ilə sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.