BAKI, 14 mart. TELEQRAF

Türkiyə Superliqasının 28-ci turunun açılış oyununda “Qalatasaray” öz meydanında “Antalyaspor”u darmadağın edib – 4:0.

Teleqraf xəbər verir ki, İstanbul klubunun nigeriyalı ulduzu Viktor Osimhen het-trikə imza atıb. Cari mövsümdə 19 qol vuran afrikalı forvard Superliqanın bombardiridir.

Böyük hesablı qələbədən sonra “Qalatasaray” xal ehtiyatını 71-ə (27 oyun) çatdıraraq, liderliyini möhkəmlədib. “Sarı-qırmızılılar”ın çempionluq yolunda əsas rəqibi olan “Fənərbağça” 61 xalla (25 oyun) ikinci yerdədir.