BAKI, 13 mart. TELEQRAF

Türkiyədə tanınmış kriminal avtoritet Hasan Heybetli həbsxanada dünyasını dəyişib.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, 75 yaşlı mafiya başçısı cəza çəkdiyi kamerada ölü tapılıb.

Məlumata görə, Hasan Heybetli tanınmış müğənni Muazzez Abacının keçmiş həyat yoldaşı olub.

Hadisə ilə bağlı araşdırmalar aparılır. Müğənninin keçmiş ərinin ölüm səbəbi hələlik bəlli deyil.