BAKI, 18 fevral. TELEQRAF

Almaniyanın "Bayer Leverkuzen" klubunun futbolçusu Florian Virts karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Teleqraf "El Nacional"a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi gələn yay üçün "Barselona"nın əsas transfer hədəfidir.

Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta ilə idman direktoru Deku artıq almaniyalının keçidi üçün ilkin danışıqlara başlayıblar.

Virtslə İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları da maraqlanır.

Qeyd edək ki, Florian Virts cari mövsüm ərzində meydana çıxdığı 35 oyunda 15 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Onun bazar qiyməti 140 milyon avro dəyərindədir.