
BAKI, 20 fevral. TELEQRAF
Türkiyənin paytaxtı Ankara şəhərində saxta spirtli və enerji içkilərindən ölənlərin sayı 63 nəfərə çatıb.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 36 nəfər xəstəxanaların reanimasiya şöbəsində müalicə olunur.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 30 şübhəli həbs edilib, 38 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.