GƏNCƏ, 20 fevral. TELEQRAF

Gəncə-Daşkəsən və Daşkəsən-Xoşbulaq-Astaf, habelə Daşkəsən-Əmirvar-Qabaqtəpə və Quşçu-Çovdar avtomobil yollarında gücləndirilmiş iş rejimi tətbiq edilib.

Teleqraf xəbər verir ki, rayon mərkəzini Gəncə şəhəri ilə, eləcə də ucqar dağ kəndləri ilə birləşdirən avtomobil yollarının qar və buzdan təmizlənməsi işləri aparılır.

Yollara qum-duz qarışığı səpilir. Xüsusi briqadalar 24 saat növbəli şəkildə nəqliyyatın təhlükəsiz hərəkəti üçün fəaliyyət göstərirlər.

Hazırda qalın qalınlığı Daşkəsən şəhərində 15-20 sm, dağlıq ərazilərdə isə 25 sm-dən artıqdır.