
BAKI, 21 fevral. TELEQRAF
Fövqəladə hava şəraiti ilə bağlı paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, Biləcəri istiqamətində;
3.Moskva prospekti, “20 Yanvar” m/st istiqamətində sıxlıq müşahidə olunur.
20 fevral, 21.24
Fövqəladə hava şəraiti ilə bağlı paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;
6. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, hər iki istiqamətdə;
7. Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.