
BAKI, 20 fevral. TELEQRAF
Avropa İttifaqı ölkələri Ukraynadakı münaqişə ilə bağlı danışıqlar masası arxasında yer almaq üçün ağlamağa son qoymalı və hərəkətə keçməlidir.
Teleqraf xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, Avropa ölkələri ağlamağı və sızlamağı dayandırmalıdır:
"Onlar Ukrayna ilə bağlı danışıqlar masasına oturmaq üçün konkret addımlar atmalıdırlar. NATO Rusiyaya Ukraynada daha bir kvadrat mil ərazini belə işğal etməyə icazə verməməlidir”.