BAKI, 20 fevral. TELEQRAF
Kürdəmir rayonunun Xırdapay kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Müəyyən olunub ki, “Mitsubishi” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.