BAKI, 20 fevral. TELEQRAF

Fevralın 20-si saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Teleqraf xəbər verir ki, məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində-Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Ağsu, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Ağcabədi, Göytəpə, Yardımlı, Lerik, Ağdam, Fizuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar yağır.

Şəmkir, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Biləsuvar, Lənkəran, Astarada yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 0, Aran rayonlarında 4, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.