
BAKI, 20 fevral. TELEQRAF
NATO-nun nümayəndə heyəti Ermənistana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə "Armenian Military Portal" teleqram kanalı məlumat yayıb.
Səfər çərçivəsində respublikada “Tərəfdaşlıq İmkanlarının Qiymətləndirilməsi” təlimlərinin birinci mərhələsi keçiriləcək. Məqsəd Ermənistan və NATO arasında “əməkdaşlığı gücləndirmək”dir .
Xəbərdə bildirilir ki, təlimdə Şimali Atlantika Alyansına üzv dövlətlərin və tərəfdaşların nümayəndələri iştirak edir.