
BAKI, 20 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens qeyri-qanuni miqrasiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb.
Teleqraf xəbər verir ki, o, ABŞ-də da oxşar vəziyyətin gözlədiyi barədə xəbərdarlıq edib.
O deyib ki, Qərb liderlərinin kütləvi miqrant axınına icazə vermək qərarı həm Avropanın, həm də ABŞ-nin təhlükəsizliyinə zərbə vurur.
Vens ABŞ-də demokratların hakimiyyətə qayıdışının ölkəyə geniş miqrant axının yenidən canlanmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib. O, Qərb sivilizasiyasını qorumaq üçün bu tendensiyanın dərhal dayandırılmasının vacibliyinə işarə edib.