
BAKI, 17 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, "Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı"nı qəbul edib. Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunda hesab ikinci hissənin əvvəlində - 49-cu dəqiqədə açılıb. "Şirlər"in hücumçusu Brahim Konate penalti zərbəsini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra isə künc zərbəsindən sonra Rüfət Abbasov topu öz qapısından keçirib.
Bu nəticədən sonra "Şamaxı" Premyer Liqanın turnir cədvəlində 21 xalla 8-ci, "Kəpəz" isə 19 xalla 9-cudur.
Qeyd edək ki, XXIII tura bu gün keçiriləcək "Səbail" - "Sabah" matçı ilə yekun vurulacaq. Əvvəlki oyunlarda isə "Qarabağ" səfərdə "Neftçi"ni, "Turan Tovuz" isə doğma meydanında "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib. "Zirə" Sumqayıt səfərində 3 cavabsız qolla qələbəyə sevinib.