
BAKI, 17 fevral. TELEQRAF
Məşhur braziliyalı futbolçu Neymar “Santos”a qayıtdıqdan sonra ilk qolunu vurub.
Teleqraf xəbər verir ki, ulduz hücumçunun komandası Braziliya çempionatında yerli azarkeşləri önündə “Aqua Santa”nı udub – 3:1.
Oyunda hesabı 14-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Neymar açıb.
Yada salaq ki, Neymar karyerasının parlaq illərini “Barselona” və PSJ-də keçirib.
Forvard Braziliya millisində isə 128 oyun keçirib və 79 qola imza atıb.