
BAKI, 17 fevral. TELEQRAF
İtaliya A seriyasında 25-ci turun turun mərkəzi oyununda “Yuventus” öz meydanında “İnter”i məğlub edib – 1:0.
Teleqraf xəbər verir ki, görüşün taleyini həll edən qolu 74-cü dəqiqədə portuqaliyalı Fransisko Konseysau vurub.
Turində vacib xallar itirən “İnter” 54 xalla 2-ci yerdədir. “Yuventus” 46 xalla 4-cü pillədə mövqe tutub. Turnir cədvəlinə isə 56 xalla “Napoli” başçılıq edir.