BAKI, 17 fevral. TELEQRAF

“Real Madrid”in ulduz futbolçusu Cud Bellingem ağır cəzalana bilər.

Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, İspaniya La Liqasının 24-cü turunda “Osasuna” ilə oyunda (1:1) hakimi təhqir etdiyinə görə meydandan qovulan futbolçunu azı 4 oyunluq cəza gözləyir.

İspaniya nəşri bildirir ki, ingilis oyunçunun 12 oyunluq ağır cəza alacağı da istisna olunmur.

“Real”ın baş məşqçisi Karlo Ançelotti isə Bellingemin təhqirə yol vermədiyini, qırmızı vərəqənin yanlış olduğunu söyləyib.

Madrid təmsilçiləri qırmızı vərəqənin ləğvini və futbolçunın cəza almamasını tələb edirlər.