
BAKI, 15 fevral. TELEQRAF
“Milan”ın qapıçısı Mayk Menyan karyerasını Fransada davam etdirə bilər.
Teleqraf “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunu PSJ heyətinə cəlb etmək istəyir.
Məlumata görə, Paris klubunun baş məşqçi Luis Enrike italiyalı qapıçı Canluici Donnarummanın çıxışından narazıdır.
Menyan da PSJ-yə olan sevgisini heç vaxt gizlətməyib. İstedadlı qapıçı “Milan”la yeni müqavilə bağlamaqdan imtina edib.
Paris klubu onu Donnarummanın yerinə ideal namizəd hesab edir.