BAKI, 6 fevral. TELEQRAF

Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Zob Ahan”a qalib gələrək (1:0) liderliyi ələ keçirib.

Cənubi Azərbaycan klubunun yeganə qolunu matçın son dəqiqəsində xorvatiyalı Domaqoy Drozdek vurub. Səfərdən üç xalla dönən təbrizlilər “Sepehan”ı iki xal geridə qoyaraq 41 xalla ilk pilləyə qalxıb. “Traktorsazi”dən bir oyun az keçirən “Sepahan” sabah səfərdə “Malavan”ın qonağı olacaq. Həmin oyunda meydan sahibləri uduzmasalar ən azı növbəti tura qədər “Traktorsazi” liderliyini qoruyacaq.