
BAKI, 6 fevral. TELEQRAF
Azərbaycan Kubokunun 1/4 final mərhələsində ikinci günün son oyununda "Qarabağ" səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, “ASCO Arena”da baş tutan matçda yeganə qolu Yassin Benzia vurub.
Əlcəzairli futbolçu 35-ci dəqiqədə topu tora qovuşduraraq adını tabloya yazdırıb.
Tərəflər arasında cavab oyunu fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" oyununda qapılara qol vurulmayıb - 0:0. Günün ilk qarşılaşmasında isə “Zirə” səfərdə “Araz-Naxçıvan”a məğlub olub - 0:1.