
BAKI, 6 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov ayağından ağır zədələnib.
Teleqraf-ın məlumatına görə, hadisə hazırda davam Azərbaycan kunokunun 1/4 final mərhələsində keçirilən “Səbail”ə qarşı görüşün 19-cu dəqiqəsində baş verib.
Ayaq damarı dartılan 30 yaşlı müdafiəçi həkimlərin köməyilə meydandan çıxarılıb.
Onun əvəzinə meydana Bədavi Hüseynov daxil olub.
Qeyd edək ki, Ağdam təmsilçisi Yassin Benzianın 35-ci dəqiqədə vurduğu qolla 1:0 öndədir.